|
Yaradıcı Qadınlar Assosiasiyası 1999-cu ilin iyul ayında mədəniyyət, elm və incəsənət sahələrini təmsil edən bir qrup peşəkar yaradıcı qadınlar tərəfindən təsis edilmisdir. 22 dekabr 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmisdir.
Assosiasiya qeyri-siyasi, qeyri-hökümət, qeyri-kommersiya təşkilatıdır. Assosiasiya fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Ictimai birliklər haqqında» Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları, həmçinin
aşağıdakı Nizamnamə əsasında qurur.
Assosiasiyanın əsas vəzifələri aşagıdakılardır:
- elm, incəsənət, mədəniyyət sahəsində çalısan qadınların yaradıcı imkanlarının hərtərəfli və tam reallaşdırılmasına, onların iş şəraitinin yaxşılaşdırılmasına kömək
göstərilməsi, onların sosial və
hüquqi müdafiəsinin təmin olunması;
- milli, ənənəvi mədəniyyət və incəsənətin, habelə
folklorun, məhv olmaqda olan janrlarının (teatr, musiqi, təsviri və dekorativ-tətbiqi
sənətinin, idman, kinematoqrafiya, memarlıq və dizayn və s.) bərpası və
inkişafı;
- gənc və istedadlı mədəniyyət, elm və maarif işçilərinə, tələbə və şagirdlərə maddi və mənəvi
kömək göstərilməsi;
- milli azlıqların mədəni irsinin qorunub saxlanılmasına, təbligi, milli mədəniyyətlərin
inkişafına maddi və mənəvi yardım göstərilməsi;
- irqindən, dilindən, milliyyətindən, siyasi baxışlarından, yaşından cinsindən, harada yaşamasından asılı olmayaraq ehtiyacı olan, agıq vəziyyətə düşmüş adamlara, yetim usaqlara, kimsəsiz xəstələrə, əlillərə, qocalara, təbii və ya insanlar tərəfindən
törədilmis fəlakətələrdən zərər çəkmiş – qaçqınlara, köçkünlərə, yaralı əsgərlərə humanitar yardım göstərilməsi;
- usaqların və gənclərin mənəvi – əxlaqi, səviyyələrinin yuksəldilməsinə, onların milli və dunya mədəniyyətinin nailiyyətlərinə yiyələnməsinə komək
göstərilməsi;
- yaradıcı qadınların sosial cəhətdən əhəmiyyətli
təsəbbuşlərinin mudafiə olunması, onların xalq ənənəlirinin bərpa olunmasına, tarix və mədəniyyət abidələrinin, landşaftın, parkların və xatirə yerlərinin qorunmasına cəlb olunması, istedadlı gənclərə yaradıcılıqlarını inkisaf etdirməkdə
kömək göstərilməsi;
- şəxsi mulkiyyətdə olan mədəni-tarixi sərvətlərin, milli relikviyaların, arxivlərin, kolleksiyaların, xalq muzeylərinin təbliginə və qorunmasına
kömək göstərilməsi;
- xaricdə olan
incəsənət, ədəbiyyat və tarix abidələrinin vətənə qaytarılmasının,
vətənə qaytarılmasının təşkili, onların assosiasiyanın
fondu nəzdində toplanması və komplektləşdirilməsi, onların müqavilə əsasında muzeylərə, arxivlərə, kitabxanalara və mədəni, elmi, pedaqoji sərvətlərdən istifadə edən digər orqanlara verilməsi;
- mədəniyyət və incəsənət sahəsində movcud olan təşkilatların maddi bazasının mohkənləndirilməsinə komək gostərilməsi;
- incəsənət, elm, təhsil, mədəniyyət sahəsində qabaqcıl təcrubənin oyrənilməsi və onların tətbiqi sahəsində dovlət proqramlarına yardım
göstərilməsi;
- incəsənət, elm, təhsil, mədəniyyət sahəsindəki problemlərlə baglı əhalinin muxtəlif
təbəqələri arasında rəy sorğularının keçirilməsi, onun nəticələrinin kutləvi informasiya vasitələri ilə yayılması, həmin məsələlərlə əlaqədar konkret problemlər ətrafında dovlət orqanları və digər ictimai təşkilatlarla
assosiasiyada fikir mubadiləsi və muzakirələrin («dəyirmi masa», elmi-praktik konfranslar, simpoziumlar, forumlar və s.)
keçirilməsi;
- xarici ölkələrdə fəaliyyət gostərən muvafiq təşkilatlarla əlaqələr yaradılması və onların inkisaf etdirilməsi, numayəndələr mubadiləsinin həyata keçirilməsi.
Assosiasiyanın ali orqanı Konfransdır.
Idarə heyəti
Assosiasiyanın Prezidentindən və Konfransın seçdiyi üzvlərdən ibarətdir.
Azərbaycan Respublikasında yaşayan hər bir şəxs Assosiasiyanın
üzvu ola bilər.
Görülmüş işlər:
Yaradıcı Qadınlar Assosiasiyasının
müəllimləri kimsəsiz uşaqları «Fransuaz Ülkərləri» ansamblında hazırlaşdırıblar. Onlardan 11 kimsəsiz
uşaq Bakı xoreoqrafiya məktəbinə daxil
olmuşdur.
Sabirabad rayonunda məskünləşmiş qaçqın uşaqların folklor yaradıcılığı haqqında «Bir ovuc
gunəş» sənədli film çəkilmişdir.
Əlillərin «Mənəvi» təkamul mərkəzinin sərgi salonunda Yaradıcı Qadınlar Assosiasiyası «Tələbələr əlillər üçün» və s. sərgilərini keçirilmisdir.
Yaradıcı Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət
göstərən Leyla Axundovanın rəhbərlik etdiyi Uşaq Moda Teatrı, Irina Qundorina və Zarema
Neymətovanın rəhbərlik etdiyi «Ekologiya» Uşaq Moda Kolleksiyasının yaradıcıları, moda dizayneri
Kişvər Vəlizadənin modelləri, Ramizə Sadıxovanın «Millenium» moda kolleksiyası Soros Fondunun
mərasimində, Novruz bayramında və «RAF LAYN» Beynəlxalq Moda Festivalında
numayiş etdirilmişdir.

Alınan qrantlar:
Yaradıcı Qadınlar Assosiasiyasının İnternetdə Veb-saytını yaranması (Açıq Cəmiyyət
İnstitutu - Azərbaycan).
"Bir ovuc günəş" sənədli filmlərin çəkilməsi (İnternyus-Netvorkun Azərbaycan
nümayəndəliyi).
"Xalqlar Dostluğu" metro stansiyasının bərpası.
Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq üzrə İnstitutu (İİZ/DVV)
"Cənubi Qafqazda orta və yaşlı nəslin təhsili" layihəsi ("Yaradıcı peşələr" (keramika, toxuma, qurama, xalçaçılıq, milli kuklalar, suvenirlər və s.).
Assosiasiyanın fəal üzvləri:
|