|
Azərbaycan Xalçaçılıq sənəti
Azərbaycan Xalçaçılıq sənəti - bədii yaradıcılıqın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çöx əsırlik ənənələri olan ən maraqlı sənətdən biridir. Heyvandarlıgla məşğul olmaq üçün əlverişli coğrafi şərait, müxtəlif təbii boyaq
bitkisinin çöxluğu, əhalinin həyat şəraitinin özünə-xac xüsusiyyətləri qədim zamanda xalçaçılığın tərəqqi etməsinə imkan yaratmışdır. Arxeoloji qazıntılardan tapılan toxuculuq avandanlıqları həmçinin də ilk xalçanın ayrı-ayrı
hissələri Azərbaycanda xalçaçılığın E.Ə. neolit dövründə belə mövcud olduğuna dəlalət edir.
Azərbaycanda əsrlər boyu Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq
məktəbləri və bu məktəblər arasında aralıq
məktəbləri, məsələn Göyçay məktəbi, (Qarabağ və Qazax məktəbləri arasında) yaranmışdır. Qarabağ və Təbriz məktəbinə hətta iki aralıq məktəbi-Naxçıvan və Muğan aiddir. Məktəb və aralıq məktəblərinin yaranması
maldarların köç yerini məhdudlaşdıran coğrafi-landşaft şəraiti-çətin keçilən dağlar, otlaqlar və coşqun çayın mövcudluğü
kimi amillər müəyyən etmişdir. Təbiidir ki, belə yığcam
ərazinin əsrlər boyu öz ənənələri yaranmışdır. Müəllifin çoxillik tədqiqatı həm də göstərir ki, Azərbaycan xalçaçılığı dörd
istiqamətə inkişaf etmişdir.
Birinci istiqamətdə yarımköçəri həyat tərzi keçirən ''tərəkəmə'' əhalinin xalça ustalarının işləri aiddir.
Bu xalçaların naxışları əsrlər boyu görünən qədim dekor-elementləri daha konservativ və bir ailə daxilində qadın xətti ilə nəsilddən-nəsilə ötürülmüşdür. Bu istiqamətin əsas xüsusiyyətləri həndəsi ölçülərin monumentallığı və ümumiliyi, nəbati motivlərin olmamasıdır.
İkinci
istiqamət oturaq həyat tərzi keçirən əhalinin yaratdığı xalçalara aid edilir. Bu xalçaların
bəzəyinə ciddi kanonizə olunmuş həndəsi naxışlarla yanaşı bitgi motivləri də daxil edilir.
Xalça naxışlarına yüngül və rəvan: forma, nəfis rəng çalarları
xoşdır. Həmin bu xüsusiyyətlər üçüncü istiqamətdə olan şəhər xalçalarına da xasdır. Bu xalçalarda da
kənd xalçalarında yaranmış mövzü və motivlər davam və inkişaf etdirilmişdir. Lakin şəhər xalçalarının konpozisiyalarında dekoratviv parçaların, tıkməcələrin, miniatyur, divar naxışlarının, monumental təsviri sənətin açıq
təsiri hiss olunur.
Dördüncü istiqamətə rəssamların sifarişlə ilə və saraylarda yaratdıqları xalçalar aid edilir. Bu istiqamət orta əsrlərdə Təbrizdə, Şamaxıda, Ərdəbildə
saray xalçaları yaradılan xüsusi karxanaları mövcud olduğudan
dağa da çiçəklənmişdir. Burada öz məktəblərini yaradan, yüksək mədəniyyətə malik, texnalogiya sirlərinə və kompozisiya qanunlarına mükəmməl yiyələnmiş usta-rəssamların
olması böyük rol oynayırldı. Bu xalçalara, miniatur leksikasının və bədiiliyinin təsiri labüd idi.
Saray xalçaları III-IV istiqamətlərə də təsir göstərmişdir.
Azərbaycan xalçasının hər 4 istiqamətinin inkişafı
ərazi xüsüsiyyətlərinə və fərdiliyinə, zövq müxtəlifliyinə baxmayaraq
üslubca sıx surətdə bir-biri ilə bağlıdırlar. Xalçalar, onların toxunduğu məkanların (Quba, Şirvan, Daşkəsən, Şuşa, Gəncə və s.) naxış və
kompozisiyaları, məsələn ''Əfşan'' ''Ləçək-Türünc'', ''Nəlbəki-gül'', ya da hökmdarların və ya xalça toxuyan ustanın adı
ilə (''Mina-xanım'', ''Şah Abbas'' və s.) təsnif olunub. Yuxarıda göstərilən bu xalçanın bir-birindən fərqli onlarla variantları vardır. Beləliklə, Azərbaycan xalçalarına çox kompozisiyalıq xoş olub hər regionun özünəməxsus
ornamet müxtəlifliyi və kolorit zənginliyi ilə seçilirlər.
Kubra Əliyeva

|
|