|
İzzət Mirzəağa qızı
Orucova.
(16.9.1909 Bakı
- 23.4.1983 Bakı) – azərbaycan kimyaçısı.
Texnika e.d. (1962), prof. (1962), Azərbaycan SSR-nin akad. (1972, m. üzvü 1967).
Azərbaycan SSR
əməkdar elm və texnika xadimi (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitunda işləmiş (1932-1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959-1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971), Aşqarlar Kimyası İnstitunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971-1983) olmuşdur. Əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və
onların keyfiyyətinin yüksəldilməsinə aiddir.
ASE Baş redaksiya heyətinin üzvü (1976).
Orucova həmçinin ilk azerbaycan: kino aktrisalarındandır. O, «Sevil» (1929) və «Almas» (1936) filmlərində baş rollarda çəkilmişdir, azadlığa çıxan Azərbaycan qadınının lirik,
canlı obrazını yaratmağa müvəffəq olmuşdur. Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı əmək Bayrağı, «Şərəf
nişanı» ordenləri və bir sıra medallarla təltif edilmişdir.
|