|
Məhsəti Gəncəvi.
XII
əsr Azərbaycan şairəsi (Gəncə ş.), XI əsrin axırlarında Gəncədə dogulub, mukəmməl təhsil alıb, şərq
ədəbiyyatı və musiqisinə yaxından bələd olmusdur.
Yaradıcılığının ən məşhuldar dovrunu Sultan Mahmud Səlcuqinin və onun əmisi Sultan Səncər Səlcuqinin saraylarında keçirmişidir. Onun fars dilində iki yuzə yaxın rubaisi və bir neçə basqa lirik şeri bizə məlumdur. Məhəbbət lirikası onun yaradıcılığında əsas yer tutur. Rubailəri dunyəviliyi, humanizmi ilə seçilir. Onun serlərində xalqın, xususilə şərq qadınının azad və xosbəxt həyat haqqında romantik arzuları əks olunmusdur. Məhsəti Gəncəvi yalnız öz dovrundə deyil, sonralar da gorkəmli rubai ustası kimi tanınmışdır.
|
|