|
Azərbayjan
orta əsr xristian və müsəlman dini
tikililərinin qarşılıqlı
təsiri.
Uzun
müddət ərzində Azərbaycanın
ənənəvi müsəlman ölkəsi olması qəbul edilmişdir. Lakin
islam burada yalnız 7-9-cu əsrlərdə kök atmışdır. O vaxta
qədər bu qədim torpağın müxtəlif regionlarında məzdəizm,
mitraizm, zoroastrizm və xristianlıq mövcud olmuşdur. Bu
məqsədlə xristian və müsəlman dini abidələrinin qarşılıqlı
əlaqədə tədqiq olunması, Azərbaycan
memarlığının səciyyəvi və özünəməxsus əlamətlərini aşkarlamağa
imkan yaradan oxşar kompozisiya üsüllarının öyrənilməsi
problemi xüsusi kəskinlik tələb edir. Eyni bir xalqın torpağında
ucaldılmış xristian və müsəlman abidələri öz kökləri
ilə Qafqaz Albaniyasının tikililərinə gedib çıxdığı üçün
oxşar
memarlıq həllinə malikdir.
Qədim
mərkəzləşmiş və düzbucaqlı məbədlərin, həmçinin od
məbədlərinin konstruktiv sxemlərinin birləşməsi kümbəzli
və kümbəzsiz xristian və müsəlman məbədlərinin yaranmasına
və inkişafına gətirib çıxarmışdır. Yüksələn
sənətkarlıq və yeni konstruktiv sxemlərin meydana çıxması
xaçlı-kümbəzli məbəd və mərkəzləşmiş-kümbəzli məscid tipli və hər iki dinə məxsus yüksək inkişafa malik
tikililərin yaradılmasına imkan vermişdir. Hər bir din üçün
xarakterik olan ayrı-ayrı hissələr istisna olmaqla, onların
planlaşdırma quruluşları eynidir, bu da konstruktiv
elementlərin və detalların oxşarlığına kətirib çıxarmışdır.
Hər iki dini abidələrdə qədimdən memarlara məlum olan bütün
mümkün tağlardan, qübbələrdən, kümbəz konstrkusiyalarından,
stalaktik və portallardan istifadə olunmuşdur. Ornament və
onun simvolikası Azərbaycan bədii irsində mühüm yerlərdən
birini tutmuşdur.
Səbinə
Hacıyeva

|
|