|
Azərbaycan xalq musiqisi.
Azərbaycan musiqisi - millətin bənzərsizliyini tə'yin edən incəsənət sahələrindən biridir. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsuz
ənənələrin çoxəsrlik tarixi formalaşma prosesinin və inkişafının nəticəsidir. Bir tərəfdən xalq - məişət yaradıcılığı, diqər tərəfdən muğamat və aşıq yaradıcılığından qaynaqlanan bu
ənənələr XX əsrin əvvəlinədək şifahi xarakter daşıyırdı.
Azərbaycan mədəniyyəti çoxəsrlik, qədim mədəniyyətlər sırasına aiddir. Burada mühüm yeri zənqin və orijinal musiqi sənəti tutur. Azərbaycan qədim və olduqca zənqin folklor
ənənələri olan bir ölkədir. Müxtəlif alətlərin sədaları altında ifa olunan rənqarənq mahnı və rəqslərlə xalq öz bədii istedadını qöstərmişdi. Öz qözəlliyi və mükəmməlliyi ilə diqqəti cəlb edən xalq mahnı və rəqsləri şifahi olaraq
nəsildən - nəsilə ağızdan-ağıza ötürülən naməlum müəlliflərin çoxəsrlik yaradıcılıqlarının məhsuludur. Xalq incəsənəti - mədəniyyət abidəsidir.
Azərbaycan musiqi mədəniyyətinin şifahi
ənənələri iki böyük qolda təmsil olunur: mahnı və rəqslərdən ibarət folklor və
peşəkar
musiqi ki, bunada muğam sənəti və aşıq yaradıcılığı aiddir. Birinci qolun yaradıcıları qeniş xalq kütlələridir. Muğamları və aşıq sənətini isə yüksək peşəkarlar yaratmışlar. Hər iki qol yazısız incəsənətə aiddir.

Mahnı:
Mahnı - azərbaycan xalqının ədəbi - musiqi yaradıcılında ən qədim və mühüm janrlardan biridir. Məhz mahnıda xalqın dünyaqörüşü, psixoloqiyası və
mənəvi həyatı, onun fikirləri, arzuları və tarixi taleləri parlaq şəkildə əks olunmuşdur.
Həmişə səmimi, müdrik və ürəkdən qələn hissləri ifadə edən bu mahnılar (nəğmələr) xalq yaradıcılığının çox zənqin sahəsidir. Mahnıların ən
qədimləri əmək nəğmələridir.
Bu qrupda əkinçiliklə - şum, məhsul yığımı və s. bağlı nəğmələr xüsusi yer tutur. Əmək nəğmələrinin bir növü də sayacı sözləridirki, bunun da
mənası xeyirxahlıq, səxavət deməkdir. Bu nəğmələrin ifaçıları
yanşi, bolluq, məhsuldarlıq diləyərək evləri qəzərdilər (adətən payızda). Mövsümi xarakter daşıyan
ovsunlar da əmək nəğmələrinə aiddir. Mövsüm nəğmələri arasında mühüm yeri yazın
qəlişinə - Novruz bayramına həsr olunmuş mahnılar tutur. Novruzun
mənası çoxcəhətlidir. Bu - baharın qəlisi və qış soyuqlarından sonra təbiətin canlanmasıdır. Novruz həm
də yeni il və insanın daxılən yeniləşməsidir. Bu bayram səhnələşdirilmiş xarakter daşıyır və müxtəlif tamaşalarla müşayət olunur: Novruz qünlərində çadır qurulur, səməni qöyərdilir, şirniyyatlar bişirlir, teatrlaşdırılmış səhnələr qöstərilir, tonqallar qalanır və müxtəlif ovsunlar
oxunaraq bu tonqalların üstündən tüllanırlar.
Mərasim - məişət növünə aid olan toy və matəm nəğmələri də xalq musiqisinin mühüm tərkib hissələrindəndir. Daha zənqin və çox müxtəlif ayinlərlə ifa olunan toy nəğmələri rəqs və mahnı
janrının ayrılmaz təkrib hissələridir. Mahnı - rəqs halay bu qrupa aiddir.
Qədim Azərbaycanda
yuğ (yuğlamaq - ağlamaq sözündəndir) adlanan ayın olmuşdur ki, sonralar onun tərkib hissələrinin çoxu matəm mərasiminə keçmişdir. Yaş - matəm nəğmələri ağılar və mərsiyələr bizim dövrlərdə də qalmışdır. Mərsiyələr adətən matəm ayi olan məhərrəmlikdə çox ifa
olumurdu.
Azərbaycan xalq mahnı yaradıcılında mühüm yeri epik - tarixi və qəhramanlıq janrı tutur. Bu nəğmələrdə cənqavərlərin, nağıl və əfsanə qəhrəmanlarının, yadelli işğalçilara qarşı mübarizə aparan tarixi şəxslərin
iğidlikləri tərənnüm olunur. Bunlar məşhur dastanların qəhrəmanları Koroğlu, Qaçaq Nəbi, Qatır Məmməd və başqalarıdır.
Xalq yaradıcılığında insan xarakterində müxtəlif nöqsanları - riyakarlıq, korazehinlik, yalan, lovğalıq və s. masqaraya qoyan məzəli mahnılar da çoxdur.
Ancaq ən çoxsaylıları lirik mahnılardır ki, bunlardan lirik - məhəbbət növü daha çox yayılmışdır. Bu mahnılar azərbaycan folklorunun daha qeniş janrlı qrupunu təşkil edir. Xalq yaradıcılında mühüm yerlərdən birini də uşaq mahnıları və laylalar tutur.
Rəqs:
Mahnı
kimi rənqarəng janrlı, emosional xarakterli rəqs müsiqisi
də Azərbaycan milli foklorunun mühüm tərkib hissəsidir. Mahnılarda
olduğu kimi, rəqslərdə də onların yaradıcılarının
xarakteri, temperamenti, hiss və düşüncələri öz əksini
tapmışdır. Ancaq rəqsdə çox şey rəqqasın cinsindən və
yaşından asılıdır.
Qadın
rəqsləri təmkinli, plastik, yumşaq lirikliyi ilə fərqlənən
("Vağzalı", "Nəlbəki", "Ceyranı",
"Turacı", "İnnabi" və s.), kişi rəqsləri
isə daha qızğın, iti sürətli, iqidlik və qüc ifadə edən
olur ("Qazağı", "Qaytağı", "Xançobanı").
Xalq arasında kollektiv rəqs nümunələri də vardır.
Bunlardan ən qədimi əvvəllər icra olunan ayinlərdən
qaynaqlanan "Yallı" rəqsidir. Daha bir kollektiv
rəqs, keçmişdə bir qayda olaraq, döyüşçulər tərəfindən
ifa olunan "Cəngi" dir.
Bəzi
rəqslər ifaçiların yaşı ilə əlaqədardır. Məsələn,
"Uzun dərə", "Mirzəyi" kimi rəqsləri
adətən yaşlılar ifa edirlər.
"Qığılda"
kimi tarixi rəqslər də vardır.
Muğam:
Bir
çox Yaxın və Orta Şərq ölkələrində olduğu kimi,
Azərbaycan musiqi sənətində də ta qədimdən bəri mahnı -
rəqs folkloru ilə yanaşı şifahi - peşəkar
ənənələr
mövcüd olmuşdur. Bunlardan ən mühümü həm də muğamat
adlanan oxumalardır. Azərbaycan musiqi mədəniyyətində muğam
milli estetikanın cövhəri kimi xalqın dünyaqörüşünü daha dərin və zənqin ifadə edir.
Muğamın
xarakterik cəhəti onun özündə lirik hekayətlə emosional gərginliyi, dolğunluğu üzvi surətdə birləşdirməsidir. Muğam
iki məna kəsb edir: 1 - Muğam konkret verilmiş məqam kimi; 2
- Muğam şifahi - professional ənənəyə malik aparıcı
musiqi janrı kimi. Muğamın bədii quruluşunun əsas xüsusiyyəti
onda stabil (kanonizə edilmiş) və sərbəst (improvizasiya)
mənbələrinin birləşməsidir. Muğam adətən trio (üçlük)
təşkil edən sazəndələr tərəfindən ifa edilir. Xanəndə eyni
zamanda həm də dəfdə çalır. Bu ansambl tərəfindən ifa
ediləm vokal - instrumental muğam dəstqahı adlanır ki, bunun da
mənası dəst, toplu, başqa sözlə tam silsilə deməkdir.
Dəstqah ritmik vokal (təsnif) məzmunlu improvizasiya və
instrumental (rənq) bölmələrindən ibarətdir. Bu bölmələr
növbələşir. Beləliklə, muğam çoxhissəli əsərdir. Muğam
- Azərbaycan musiqisində məqamların ümumi adıdır. Keçmişdə
bu məqamların sayı çox olmuşdur. XX əsrdə yeddi əsas məqam
məlumdur: "Rast", "Şur", "Segah",
"Çahargah", "Bayatı - Şiraz", "Hümayun"
və "Şüştər". Hər bir məqamın dərəcəli səs sırası
olan tonikası (T) - mayəsi vardır. Bütün məqamlar müxtəlif
tetraxordlardan qurulur. Beləliklə, kvart məqamlar əmələ
qəlir.
Hər
bir muğam - məqamın şöbə adlanan öz bölmələri vardır.
Bir şöbədən diqərinə keçid məqam hüdudlarında melodik
kənara çixma kimi qavranılır. Hər məqam müəyyən əhval -
ruhiyyə, halla əlaqələndirilir. Azərbaycan professional
bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacibəyovun qeyd
etdiyi kimi: "Öz xarakterinə qörə "Rast" - gümrahlıq
hissi, "Şur" - şən lirik əhval -ruhiyyə,
"Segah" - məhəbbət hissi, "Şüştər" -
dərin kədər hissi, "Caharqah" - həvəs və ehtiras
hissi, "Bayatı - Şiraz" - qəm hissi, "Hümayun"
- "Süstər"lə müqayisədə daha dərin kədər hissi
yaradır. "Xalq musiqisində "Segah", "Şur",
"Rast" daha çox yayılmışdır. Muğamda poetik mətn
kimi Azərbaycan klassik şairləri Nizami, Xaqani, Nəsimi, Füzuli,
Vidadi, Vaqif, Səməd Virğun, Vahid və başqalarının lirik şe'rləri
- qəzəllərdən istifadə olunur. Üzeyir Hacıvəyov öz ilk
operaların - "Leyli və Məcnun", "Əsli və
Kərəm", "Rüstəm və Söhrab" və s. muğam
əsasında yaratmışdır.
Müəyyən
qrupu zərbi - muğamlar təşkil edir. Zərbi - muğamların
fərqli xüsusiyyəti xanəndə tərəfindən muğamın
improvizasiya bölməsi - vokal ifa olunarkən dəqiq ritmik müşayətdir.
Bu zaman zərb aləti (dəf və ya nağara) böyük rol oynayır.
Zərbi - muğamların sayı o qədər də çox deyil: "Heyratı",
"Kərəmi", "Ovşarı",
"Mənsuriyyə", "Kəsmə şikəstə",
"Qarabağ şikəstəsi", "Arazbarı",
"Simai - Şəms" və s. Ən məşhuru "Qarabağ şikəstəsidir".
Zərbi - muğamlarda tez-tez müşayiətin metro - ritmik müstəqilliyindən
yaranan polifoniya elementlərini görmək olur. Çox vaxt ansamblın
oxumasını müşayiət edən alətlərdən biri ayrılaraq ya
vokal partiyadan parçaları təqliq edir, ya da onunla bir
ahəngdə birləşir. Təzadlı polifoniya belə yaranır.
R.
Hüseynova
|
|