|
Rubrikanın aparıcısı Sara Nəzirovadı
XƏBƏRLƏR.
ALMANİYA TƏHSİL SEKTORUNA
ƏLAVƏ KÖMƏK GÖSTƏRİR
IIZ/DVV-nin «CƏNUBİ QAFQAZDA ORTA VƏ YAŞLI NƏSLİN TƏHSILI» layihəsi
ƏLİLLƏR ÜÇÜN YARADICI SƏNƏTLƏR
2002-ci ilin yanvar ayının ortalarında Bonn
şəhərində yerləşən Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq üzrə
İnstitutu (İİZ/DVV) Tiflisdə öz yeni Qafqaz layihə bürosunu açmışdır. Layihə bürosunun
açılması üçün Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ)
belə adlanan «Qafqaz təşəbbüsü» zəmin yaratmışdır. İyul ayından büronun bir filialı
Bakı şəhərində öz fəaliyyətinə başlamışdır.
«Cənubi Qafqazda orta və yaşlı nəslin təhsili» layihəsinin məqsədi cənubi Qafqaz regionunda orta və
yaşlı nəslin təhsilinə kömək göstərməkdir.
Müstəqil olmuş keçmiş sovet ittifaqı ölkələrində siyasi və iqtisadi dəyişikliklər
səbəbindən bir çox problemlər yaranıb, onlardan biri də ən böyük problemlər sırasında duran
işsizlikdir. Başqa bir tərəfdən müasir əmək bazarı yeni ixtisas və bilikləri tələb edir ki, bir çox
insanların öz təhsillərini çoxdan başa vurmasına baxmayaraq bu yeni bilik və ixtisaslara yiyələnmək
məcburiyyəti qarşısında qalıblar.
Məhz bu sahədə Beynəlxalq Əməkdaşlıq üzrə İnstitut problemin həllinə qoşulur.
Layihənin məqsədi orta və yaşlı nəslin təhsili sahəsində fəaliyyət göstərən və
yaxud fəaliyyət göstərə bilən təşkilatlara kömək göstərməkdir. Yerli partnyorlarla
məsləhətləşmələr və əməkdaşlıq yolu ilə orta və yaşlı nəslin öz
təhsilini davam etdirmək və ixtisasını artırmaq üçün imkanlar yaradan təklif spektorunun
genişləndirilməsi nəzərdə tutulur. Əmək bazarının siyasətindən irəli gələn
səbəblərdən və sosial səbəblərdən ixtisasların artırılması və
dəyişdirilməsi sahələri plana çıxır.
2002-ci ilin oktyabr ayından Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq üzrə İnstitutu
(İİZ/DVV) «Yaradıcı Qadınlar Assosiasiyası» ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq
çərçivəsində bir qrup əlillər üçün yaradıcı sənətlər üzrə (keramika,
suvenirlər, toxuma, qurama, xalçaçılıq) kurslar təşkil olunmuşdur. Tam şəklində İİZ/DVV
tərəfindən maliyyələşdirilən bu kursları «Yaradıcı Qadınlar Assosiasiyası» həyata
keçirmişdir. Layihənin məqsədi ondan ibarətdir ki, əlil insanlar öhdəsindən gələ biləcəyi
sənətə yiyələnməklə qazanc əldə edib və öz sosial durumlarını
yaxşılaşdırsınlar.
Kurslar başa çatdıqdan sonra əl işləri satış sərqisinə çıxarılacaq və əldə
olunmuş bütün vəsaitlər əlillərin fonduna köcürüləcək. Bununla layihənin nəticəsinin
davamiyyəti təmin olunur. O səbəbdən ki, əlil insanların əldə etdiyləri vəsait ilə onlar mateiral alıb
yenidən əl işləri hazırlaya bilərlər. «Yaradıcı Qadınlar Assosiasiyası» isə onlar üçün
belə satış sərgilərin müntəzəm təşkil olunmasına zəmanət verir.
Əl işləri üçün lazım olan bütün material xərclərini İİZ/DVV maliyyələşdirdiyi
üçün onların qiymətinə yalnız əmək haqqları daxil olacaq.
Fürsətdən istifadə edib şəhərimizin sakinlərini və qonaqlarını məmnuniyyətlə
tədbirimizdə iştriak etməyə dəvət edirik. Satış sərgisinin açılışı cari ilin mart
ayının 28-də saat 17:00-də Ə. Əliyev (keçmiş Zevin küç.) 4/6-da yerləşən «Bakı
İncəsənət Mərkəzində» («Bakinskiy Üentr İskusstv») keçiriləcək. Sərgimiz 3 gün,
martın 30-nə qədər davam edəcək.
İÇƏRİ ŞƏHƏRDƏ MUĞAM GECƏLƏRİ
Martın 6-da saat 18.00-da İçəri Şəhərdə Böyük Qala küçəsi 19-da iki yeni layihənin təqdimatı
olacaq. Bu layihənin biri "İçəri şəhərdə muğam gecələri" adlanır. Layihəyə görə yuxarıdakı ünvanda yerləşən Mədəniyyət Nazirliyinin sərgi salonunda hər çərşənbə günü saat 18.00-da muğam gecələrinin keçirilməsi nəzərdə tutulur. 40-50 tamaşaçı tutan bu salonda keçiriləcək muğam gecələrində respublikanın məşhur muğam ustaları Zabit Nəbiyev, Nəzakət Teymurova, Mənsum İbrahimov, tar çalan Möhlət Müslümov və digərləri çıxış edəcək. İlk konsertlərə baxış dəvətlə
olacaq. Sonra isə biletlərin satılması nəzərdə tutulur. İkinci layihə isə "Zamanın ilməsi" adlanıb, qədim "qurama" sənətinin yeni baxışla zənginləşdirilərək inkişaf etdirilməsinə həsr olunub. Kökləri əsrlərin dərinliyinə gedən bu sənətin müasir davamçıları Səbinə və Yelena Haqverdiyevalar, Aytən Mehdi, Lalə Avşar, Çingiz Babayev və digərlərinin quramaları bu gün də maraqla baxılır. Layihənin təqdimatı günü həmin rəssamların əsərlərindən ibarət sərgi də açılacaq.
FRANSA SƏFİRLİYİ AZƏRBAYCANLA DİPLOMATİK ƏLAQƏLƏRİNİN
10 İLLİYİNİ QEYD EDİR
Fransa səfirliyi Azərbaycanla diplomatik əlaqələrinin 10 illik yubileyini
(21 fevral
1992-ci ildə diplomatik münasibətlər qurulması və 26 mart 1992-ji ildə birinci Fransa səfirliyinin Bakıya akkreditasiyası) aşağıdakı tədbirlərlə qeyd edəcək.
Martın 4-də saat 19.00-da R.Behbudov adına Mahnı Teatrında fransız "Ars Antigua de Paris" musiqi qrupunun iştirakı ilə qədim musiqi axşamı keçiriləcək. Musiqiçilərdən Mari-Noel, Vis Proten, Cozef Sac və Tyerri Mönyenin ifasında XÜI-XÜII əsr musiqisi
səslənəcək. - Martın 5-də saat 20.00-da "Nizami" kinoteatrında recissor Letisiya Masonun "Sev məni" filmi nümayiş etdiriləcək. Filmdə məşhur artistlər Sandrin Kiberlen və
Conni Holidey iştirak edir. - Martın 13-də saat 19.00-da R.Behbudov adına Mahnı Teatrında məşhur şanson
Jan Mişel Şövrinin müəllif konserti
olacaq. - Martın 16-da saat 18.00-da Opera və Balet Teatrında fransız xoreoqrafı, Vyana Teatrının
direktoru Nikola Müzenin azərbaycan balet ustaları ilə birgə hazırladığı Moris Ravelin "Bolero" baleti Bize-Şedrinin "Karmen" baleti ilə birlikdə göstəriləcək. - Martın 18-də saat 20.00-da "Nizami" kino-teatrında recissor Marion Vernunun "Nə etmək olar?" filmi nümayiş etdiriləcək. Filmdə Valeriya Bruni Tedeşi, Patrik Delizola, Serj Lopez və Florans Tomasa baş rollarda çıxış edir. - Martın 28-də saat 18.30-da Bakı Musiqi Akademiyasında pianoçu Fransua Şaplenin solo konserti
olacaq.
VAQİF MUSTAFAZADƏNİN XATİRƏSİ YAD EDİLƏCƏK
Martın 16-da saat 14.00-da Vaqif Mustafazadənin ev muzeyində musiqiçinin anadan olan günü qeyd
olunacaq. Xatirə toplantısında V.Mustafazadənin ifasında lentə yazılmış
musiqi parçaları səslənəcək. Vaxtilə V.Mustafazadənin yaratdığı "Sevil" qızlar ansamblının Bakıda qalan üzvüləri də görüşdə iştirak edəcək.
|