last update:

azeri | rus | english

Home

Assosiasiya

Tarix oçerklər

Müasirlik

Portretlər

Uşaqlar - XXI

Afişa

Xəbərlər

 


 

 

Azərbaycan qadını.

 Müasir Azərbaycan qadını iki boyuk sivilizasiyanın məhsuludur. Kökləri şərq mədəniyyətinə baglı olan Azərbaycan qadını intellektual cəhətdən Avropa mədəniyyəti ilə tərbiyələnmişdir.

Azərbaycan mədəniyyəti və tarixi, Azərbaycan qadını təsvvürünün formalaşması qədim köklərə malikdir. Azığ mağarası və Qobustan qayaüstü şəkilləri buna sübutdur (e. ə. XV - XII mihtelik).

Türk tayfalarında qadının sosial rolu daim fəal olub.

Azərbaycan qadının fəal rolu ölkəmizin tarix və mədəniyyət abidələrində qabarıq və inandırıcı olaraq öz əksini tapıb: "Avesta"da ilahə Anahit (e.ə. III minillik), "Dədə-Qorqut"daBurla Xatun, Selcan xatun, Banu Çiçək (e.ə.VI-VIII əsr), "İskəndər-namə"də Nüşabə; Köroğlunun həyat yoldaşı Nigar xanım; Məshəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşud Banu Nətavan kimi şairlər, xalq qəhramanı… Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım; ilk azərbaycan yazıçısı Şəfiqə Əfəndiyeva, general A. Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar xanım Şixlinskaya və başqaları.

Muassir Azərbaycan qadını özünü bütün incəsənət, mədəniyyət, elm sahələrində fəal nümaiş etdirib.

İlk azərbaycanlı kimyaçı-qadın - İzzət Orucova.

İlk həkim-ginekoloq - Ədilə X. Şaxtaxtinskaya.

Azərbaycan Tarix Muzeyinə başçılıq edən - tarixçi, akademik Püstə Xanım Əzizbəyova.

İlk peşəkar opera mühənniləri Fatma Muxtarova və Şöhkət Məmmədova. Onların estafetini SSRİ xalq artisti Zeynəb Xanlarova, dünyada tanınmış Qasımova bacıları - Fidan və Xuraman - ləyaqətlə davam etdirirlər.

İlk sənətkar rəssam İzzət Seyidova, Gülnaz Salamova, Ceyran Topçubaşova, Vəcihə Səmədova, Güllü Mustafayeva, tanınmış Elmira Hüseynova, Münəvvər Rzayeva heykəltəraşlar.

İlk sənətkar balerinalar Gəmər Almaszadə, gözəl sənət ustası Leyla Vəkilova; məşhur rəqqasələrimiz Əminə Dilbazi; Roza Cəlilova, dünya çempionları-idmançılar, Aynur Sofiyeva və stend üzrə nişanalma idman növündə Olimpiya Çempionu Zemfira Məftixatdinova.

Azərbaycan elminin inkişafında parlaq yer tutan akademik Zərifə xanım Əliyeva, yazıçılar- Əzizə Cəfərzadə və Ələriyyə Babayeva; caz-muqam sintezini əldə edən bəstəkar Frəngiz Əlizadə və s.

Respublikamızda qadın hərəkatinin inkişafına dövlətimiz tərəfindən böyük fikir verilir. Müassir qadınlar Dünya Qender hərəkətində fəaldirlar. Belə ki, IV Ümum-dünya qadın konfransı (Pekin ş.) ərəfəsində onlar bir sıra seminar, konfranslar, sərqilər təşkil etmiş və orada iştirak etmişlər. Qender problemləri BMT proyektləri çərçivəsində inkişaf edir.

Azərbaycanda bir sıra qadın təşkilatlarının inkişafında Zöhra xanım Quliyeva, Zemfira Verdiyeva, Elmira Suleymanova, Leyla Yunusova, Arzu Abdullayeva kimi tanınmış qadınların rolu çox böyükdür.

Məşhur Azərbaycan plakatçi-rəssamı Elmira Şaxtaxtinskaya plakatların birində azərbaycan qadının mahiyyətini belə əks etdirib: "Aslanın erkəyi dişisi olmaz".

Afaq Hüseynova

 

Məhsəti Gəncəvi

Şovkət Həsən qızı Məmmədova

Izzət Mirzəaga qızı Orucova


 

Xəbərlər

 

home | assosiasiya | tarixi oçerklər | müasirlik | portretlər | XXI əsrin uşaqları | afişa | xəbərlər

Webmaster

E-mail: afag_h@hotmail.com

2002, Yaradıcı Qadınlar Assosiasiyası