last update:

azeri | rus | english

Home

Assosiasiya

Tarix oçerklər

Müasirlik

Portretlər

Uşaqlar - XXI

Afişa

Xəbərlər

 


 


ALMANİYA TƏHSİL SEKTORUNA ƏLAVƏ KÖMƏK GÖSTƏRİR
IIZ/DVV-nin «Cənubi Qafqazda orta və yaşli nəslin təhsili» layihəsi çərçivəsində Yaradıcı Qadınlar Assosiasiyası ilə «Əlillər üçün yaradici sənətlər» layihəsi həyata keçirilmişdir

Avropa ölkələrində, həmçinin Almaniyada „orta və yaşlı nəslin təhsili“ mövzusu yeni deyil. Onun ideoloji tarixi maarifçilik dövrünə, sosial tarixi isə burjuaziyanın feodalizmlə və proletariatın burjuaziya ilə mübarizəsi dövrünə gedib çıxır. 19-cu əsrin ilk yarısından Avropada xalq təhsili (maarifçilik) üzrə müxtəlif təşkilatlar yaranmağa başladı. Hazırda belə təşkilatlar saysız-hesabsızdır.
    Son 10 il ərzində Avropada milli və beynəlxalq səviyyədə “ömür boyu təhsil” (Lifelong Learning, LLL), “təhsil hamı üçün” (Education for All, EFA) şüarları altında yaşlıların təhsil günləri, konfranslar keçirilir. Belə tədbirlərin keçirilməsində məqsəd bu ideyaları daha geniş kütlə arasında təbliğ etməklə ölkənin və cəmiyyətin inkişaf yolunda onların aktuallığını və vacibliyini vurğulamaq, təcrübə və məlumat mübadiləsi ilə yeni yaranmış vəzifələrin çözülməsi yollarını müəyyən etməkdir.
    Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra ölkədə siyasi və iqtisadi dəyişikliklər səbəbindən bir çox problemlər yaranmışdır, onlardan ən aktual sayılan işsizlik problemilə yanaşı yeni bir promlem aktuallaşmaqdadır – keçid dövrü ilə əlaqədar çox dəyişkən yeni əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin çatışmaması, bir çox sahələr üzrə isə tamamilə yoxluğu. Bu ondan irəli gəlir ki, müasir əmək bazarı əmək funksiyalarının yerinə yetirilməsində insanların bilik və bacarığına yeni tələblər göstərir. Bu səbəbdən bir çox insanlar, əsasən də orta və yaşlı nəslin nümayəndələri öz təhsillərini başa vurmasına baxmayaraq sahib olduqları ixtisasları üzrə bilik və bacarıqlarını yeniləşdirmək, ixtisaslarına birbaşa aid olmayan əlavə bilik və bacarıqlarına və ya tamamilə yeni ixtisaslara yiyələnmək məcburiyyəti ilə üzləşiblər. Digər bir tərəfdən isə məhz orta və yaşlı nəslin nümayəndələri üçün nəzərdə tutulmuş və əmək bazarında tələbatı olan peşələr üzrə qısamüddətli ixtisasartırma və ixtisasdəyişmə kurslarının sayı çox azdır, mövcud olanların əksəriyyəti isə keyfiyyətsiz təhsil verir. Və onu da nəzərə alsaq ki, dünyada qəbul edilmiş fikrə əsasən hər il bilik və bacarıqların 20-30%-i və hər 5-8 il ərzində isə tam peşələr köhnəlir, onda yaşlıların təhsili mövzusu inkişaf yolunu seçmiş Azərbaycan üçün nə qədər aktual olduğu aydın görünər.
    Məhz bu sahədə Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu (İİZ/DVV) problemin həllinə qoşulur. Həyata keçirilən «Cənubi Qafqazda orta və yaşlı nəslin təhsili» layihəsinin məqsədi cənubi Qafqaz regionunda orta və yaşlı nəslin təhsilinə kömək göstərməkdir, yəni orta və yaşlı nəslin təhsili sahəsində fəaliyyət göstərən və yaxud fəaliyyət göstərə bilən təşkilatlara kömək göstərmək, yerli partnyorlarla məsləhətləşmələr və əməkdaşlıq yolu ilə orta və yaşlı nəslin öz təhsilini davam etdirmək və ixtisasını artırmaq üçün imkan yaradan təklif spektorunun genişləndirilmək. Əmək bazarının siyasətindən irəli gələn və sosial durumla bağlı səbəblərdən əsasən texniki peşə sənətləri üzrə ixtisaslarının artırılması və dəyişdirilməsi sahələri ön plana çıxır.
    2002-ci ilin oktyabr ayından İİZ/DVV «Yaradıcı Qadınlar Assosiasiyası» ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bir qrup əlillər üçün yaradıcı sənətlər üzrə (keramika, suvenirlər, toxuma, qurama, xalçaçılıq) kurslar təşkil olunmuşdur. Tam şəklində İİZ/DVV tərəfindən maliyyələşən bu kursları «Yaradıcı Qadınlar Assosiasiyası» həyata keçirmişdir. Layihənin məqsədi ondan ibarətdir ki, əlil insanlar öhdəsindən gələ biləcəyi sənətə yiyələnib qazanc əldə etməklə öz sosial durumlarını yaxşılaşdırmaq üçün imkan əldə etsinlər.
    Kurslar başa çatdıqdan sonra əl işlərinin satış sərqisi təşkil olunmuş və bütün vəsaitlər əlillərin fonduna köcürülmüşdür. Bununlada layihənin təsirinin davamiyyəti təmin olunmuşdurur. O səbəbdən ki, əlil insanların əldə etdiyləri vəsait ilə onlar material alıb yenidən əl işləri hazırlayıb şəhərimizin suvenir dükanlarında, həmçinin Hava Limanını Dutee-free dükanında realizə etmişirdər.
    Layihənin olduqca uğurlu olmasını, kurs iştirakçılarının arzu və təkliflərini nəzərə alaraq daha bir aylıq ixtisasartırma kursları və satış sərgisinin təşkil olunması qərara alınmışdır.
    Əl işləri üçün lazım olan bütün material xərclərini İİZ/DVV maliyyələşdirdiyi üçün onların qiymətinə yalnız əmək haqqları daxil olacaq.

 

Fuad Muradov
Milli koordinator

 

 


 

Xəbərlər

 

home | assosiasiya | tarixi oçerklər | müasirlik | portretlər | XXI əsrin uşaqları | afişa | xəbərlər

Webmaster

E-mail: afag_h@hotmail.com

2002, Yaradıcı Qadınlar Assosiasiyası