last update:

azeri | rus | english

Home

Assosiasiya

Tarix oçerklər

Müasirlik

Portretlər

Uşaqlar - XXI

Afişa

Xəbərlər

 


 


GÜZƏŞTLİ SATIŞ SƏRGİMİZ UĞURLA KEÇDİ!
ALMANİYA TƏHSİL SEKTORUNA ƏLAVƏ KÖMƏK GÖSTƏRİR
IIZ/DVV-nin «CƏNUBİ QAFQAZDA ORTA VƏ YAŞLI NƏSLİN TƏHSILI» layihəsi
"ƏLİLLƏR ÜÇÜN YARADICI SƏNƏTLƏR
"

Hörmətli oxuyucular, məlumat verdiyimiz kimi carİ ilin mart ayının 28-də saat 17:00-də Ə. Əlİyev (keçmiş Zevin küç.) 4/6-da yerləşən «Bakı İncəsənət Mərkəzi»-ndə («Bakinskiy Tsentr İskusstv») güzəştli satış sərgisinin açılışı keçirilmişdir.

Təşkil olunmuş satış sərgizi 3 ay davam edən gözəl bir ləyihənin gözəl bir nəticəsi idi. Bu layihə iki təşkilatın əməkdaşlığı nəticəsində mümkün olmuşdur. Bir tərəfdən, Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq üzrə İnstitutu (İİZ/DVV) və digər tərəfdən, yerli QHT-ı «Yaradıcı Qadınlar Assosiasiyası». Adı çəkdiyim təşkilatlar 2002-ci ilin oktyabr ayından əməkdaşlıq edirlər. Bu əməkdaşlıq çərçivəsində bir qrup insanlar üçün 5 istiqamətdə yaradıcı sənətlər üzrə kurslar təşkil olunmuşdur: keramika, milli üslubda suvenirlər, toxuma, qurama və xalçaçılıq. Tam şəklində Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq üzrə İnstitutu (İİZ/DVV) tərəfindən maliyyələşən və koordinasiya olunan bu kursları «Yaradıcı Qadınlar Assosiasiyası» həyata keçirmişdir.

Layihənin məqsədi ondan ibarət idi ki, işsiz qalmış insanlar yeni sənətə yiyələnməklə qazanc əldə edib öz sosial durumlarını yaxşılaşdırmaq üçün imkan əldə etsinlər. 3 ay davam edən kurslar nəticəsində hazırlanmış bir sıra əl işləri satış sərgisinə çıxarıldı. Sərgidən əldə olunmuş bütün vəsaitlər isə tam şəklində təhsil almış insanların fonduna köcürülmüşdür. Və bununla layihənin nəticəsinin davamiyyəti təmin olunmuşdur. O səbəbdən ki, insanların əldə etdiyləri bacarıqlar və pul vəsaitlərilə onlar mateiral alıb yenidən əl işləri hazırlaya bilərlər. «Yaradıcı Qadınlar Assosiasiyası» isə onlar üçün belə satış sərgilərinin müntəzəm təşkil olunmasını öz öhdəliyinə götürür.

Onu da qeyd etməliyəm ki, əl işləri üçün lazım olan bütün material xərclərini Almaniya tərəfi maliyyələşdirdiyi üçün onların qiymətinə yalnız əmək haqqları daxil idi.

Sərginin açılışına, həmçinin səfirliklərin, xarici və beynəlxalq təşkilat və müəssisələrin nümayəndələri dəvət olunmuşdur. Açılışından sonra 2 gün də davam edən satış sərgisi uğurlu sayıldı. O səbəbdən ki, sərgidə nümayiş etdirilmiş işlərin bir çoxu satıldı, kurs iştirakçıları və alıcılar arasında əlaqələr yarandı, yeni sifarişlər verildi.

 

Fuad Muradov
Milli koordinator

 


 

Xəbərlər

 

home | assosiasiya | tarixi oçerklər | müasirlik | portretlər | XXI əsrin uşaqları | afişa | xəbərlər

 

Webmaster

E-mail: afag_h@hotmail.com

2002, Yaradıcı Qadınlar Assosiasiyası