last update:

azeri | rus | english

Home

Assosiasiya

Tarix oçerklər

Müasirlik

Portretlər

Uşaqlar - XXI

Afişa

Xəbərlər

 


 

 

Şövkət Həsən qızı Məmmədova.

 

(18.4.1897 Tiflis - 8.6.1981 Bakı) – Azərbaycan müğənnisi (lirik koloraturlu-soprano), pedaqoq, musiqi xadimi; ilk azərbaycanlı peşəkar qadın müğənni.

6 yaşından musiqi ilə məşğul olmuşdur. Tiflis musiqi məktəbini bitirdikdən sonra (1910) M. Təhsilini davam etdirmək üçün 1911 ildə Milana getmiş, burada məşhur muğənni D. Ambroziodan dərs almışdır (ikinci dəfə Milanda 1927-1929 illərdə olmuşdur).

1917-1921 illərdə Kiev konservatoriyasında oxumuş (A. Şperlinqin vokal sinfi üzrə), burada R. Qlierlə birgə verdiyi konsertlərdə Azərbaycan Musiqisini təbliğ etmişdir.

Şövkət Məmmədovanın təşəbbüsü ilə 1923 ildə Bakı Teatr Texnikumu (1923-1925 illərdə direktoru olmuşdur) açılmışdır, həm də o not nəşriyyatı təsis etmişdir. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921 ildə Violetta («Traviata», C. Verdi) partiyasında çıxış etmişdir. Şövkət Məmmədova yaradıcılığında Rozina («Sevilya bərbəri», C. Rossini), Cilda («Riqoletto», C. Verdi), Şahsənəm («Şahsənəm», R. Qlier), Nərgiz, Gülzar («Nərgiz», «Şah İsmayıl», M. Maqomayev), Gülçöhrə («Arşin mal alan», Ü. Hajıbəyov) partiyalarını ifa etmişdir.

Leninqradda, Parisdə, Təbrizdə çıxış etmişdir. 1945-1981 illərdə Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir.

 

 

 

 


 

Xəbərlər

 

home | assosiasiya | tarixi oçerklər | müasirlik | portretlər | XXI əsrin uşaqları | afişa | xəbərlər

Webmaster

E-mail: afag_h@hotmail.com

2002, Yaradıcı Qadınlar Assosiasiyası